Azərbaycan hökuməti “Birbaşa xarici investisiyaların təşviqinə dair 2020-2025-ci illəri əhatə edən Strategiya” hazırlayıb. “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə strategiyanın layihəsi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə hazırlanıb.
“Hazırda sənəd baxılması üçün Azərbaycan prezidentinə təqdim olunub. Qeyri-neft sektorunda birbaşa xarici investisiyalarının prioritet sahələri siyahısına daxil olunub: alternativ enerji, nəqliyyat və loqistika, kimya və qida sınayesi, ASK, turizm və daşınmaz əmlak, yüngül sənaye və İKT”, - Abdullayev 2020-ci ilin 8 ayının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda birbaşa xarici investisiyalar haqqında qanun layihəsinin hazırlanması üzərində iş başa çatdırılır.
Abdullayev əlavə edib ki, bundan əlavə “Milli ixrac strategiyası” hazırlanıb, cari ilin sentyabr ayında Nazirlər Kabinetinə təqdim olunacaq. **
X.Nəsirzadə