Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.
Dövlət baçısının rəsmi saytının məlumatına görə, məktəbdə 385 şagird təhsil alır.
Bundan başqa, dövlət başçısı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusunun açılışında iştirak edib. Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov prezident İlham Əliyevə və görülən işlər barədə məlumat verdilər. **
X.Nəsirzadə