Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində final mərhələsinə yüksəliblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaqlar.
Xəbər verildiyi kimi, “Tank biatlonu” müsabiqəsi avqustun 23-dən sentyabrın 5-dək “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilir.
Ötən il keçirilən müsabiqənin nəticələri üzrə Azərbaycan hərbçiləri 4-cü yeri tutublar. **
X.Nəsirzadə