Cümə axşamı Azərbaycan və Rusiya Federasiyasının müdafiə nazirlərinin müavinləri Kərim Vəliyev və Ruslan Tsalikov Bakıda hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Görüş zamanı Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib”, - məlumatda vurğulanır.
K.Vəliyev həmçinin bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. “Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir”, - nazir müavini vurğulayıb.
Öz növbəsində, R.Tsalikov qeyd edib ki, RF və Azərbaycanı strateji tərəfdaşlıq birləşdirir. **
X.Nəsirzadə