Azərbaycanda koronavirus infeksiyasına daha 167 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 36,889 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 541 nəfərə çatıb.
Virusa yoluxmuş 34,264 min nəfər (sutka ərzində +148) müalicə olunaraq sağalıb.
“2,94 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,869 min, hazırkı dövrədək isə 942,265 min test aparılıb.*
A.Əhmədova