Dövlət Gömrük Komitəsi (DGK) rentgen yoxlama sisteminin alınmasına 1,1 milyon avrodan çox vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
“DGK Almaniyanın “Smiths Heimann GmbH” şirkəti ilə 1 milyon 113,749 min avro dəyərində müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.
“Smiths Detection” şirkəti aşkarlama, nəzarət və yoxlama texnologiyalarının istehsalı, tətbiqi və idarə edilməsi sahəsində dünya lideridir.*
N.Abbasova