2021-2024-cü illərdə Azərbaycanda ÜDM-nin orta illik artımı 3,75% təşkil edəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin məlumatında deyilir.
Maliyyə Nazirliyinin saytında dərc olunmuş proqnozlara görə, 2021-ci ildə ÜDM 3,4%, 2022-ci ildə 4,8%, 2023-cü ildə 3,7%, 2024-cü ildə 3,1% artacaq.
Eyni zamanda, 2021-ci ildə neft sektoru üzrə ÜDM 3%, 2022-ci ildə 6,4%, 2023-cü ildə 4%, 2024-cü ildə isə 1,9% artacaq. Beləliklə, orta illik artım 3,82% təşkil edəcək.
2021-ci ildə qeyri-neft sektoru üzrə ÜDM-nin artımı 3,5%, 2022-ci ildə 4,1%, 2023-cü ildə 3,5%, 2024-cü ildə 3,6% səviyyəsində proqnozlaşdırılır. Belə ki, orta illik artım 3,67% təşkil edəcək.
Proqnozlara görə, 2021-ci ildə Azərbaycanda ÜDM-nin nominal həcmi 75,3 milyard manat, 2022-ci ildə 80,5 milyard manat, 2023-cü ildə 85,1 milyard manat, 2024-cü ildə 89,5 milyard manat təşkil edəcək.
Xəbər verildiyi kimi, dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-nin 2,9% - 4,3% səviyyəsində azalacağı proqnozlaşdırılır.
2019-cu ildə iqtisadi artım 2,2% təşkil edib.*
Ə.Məmmədov