"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (Bakı Şəhər İcra Hakimiyyətinin strukturu) Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəbdə əlavə sinif otaqlarının tikintisinə "Maq Ltd Şirkəti" MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə orta məktəbdə əlavə 30 sinif otağının tikintisini nəzərdə tutan müqavilə bağlanıb.
Müqavilənin dəyəri 1 milyon 341,315 min manatdır.*
X.Nəsirzadə