Prezident İlham Əliyev bu gün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, dəyişikliklər aşağıdakı tariflərin azaldılmasını nəzərdə tutur: Daşınar əmlakın yüklülüyü haqqında bildirişin reyestrə daxil edilməsinə görə haqqın məbləği 10 manatdan 2 manata qədər; yüklülüyə dəyişiklik edilməsi haqqında bildirişin reyestrə daxil edilməsinə görə haqqın məbləği isə 6 manatdan 1 manata qədər.
Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsinə görə haqqın məbləği 6 manatdan 1 manata endirilib.
Fərmanın mətni dövlət başçısının rəsmi saytında dərc olunub.*
Ə.Məmmədov