Azərbaycan 2020-ci ilin birinci yarısında 148,832 min ton pomidor ixrac edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 15,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac olunmuş pomidorun dəyəri $162 milyon 316,1 min (аrtım 17,6%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-iyun aylarında Rusiyaya $161 milyon 162,92 min dəyərində 146 min 235,5 ton pomidor (bütün ixracın 98,3%-i – İF) ixrac olunub. 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,2%, dəyər ifadəsində 17,2% artıb.
Bundan başqa, hesabat dövründə Ukraynaya $986,52 min dəyərində 2 min 262,55 ton pomidor ixrac edilib. Miqdar ifadəsində artım 3,1 dəfə, dəyər ifadəsində artım 4,2 dəfə təşkil edib.
Məhsulun qalan həcmi BƏƏ, Estoniya, Belarus, Qazaxıstan və Gürcüstana ixrac olunub.
Azərbaycan 2019-cu ildə $189 milyon 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $188 milyon 555,88 min dəyərində 172,876 min ton pomidor ixrac edilib.*
N.Abbasova