Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən 47 məktəb istifadəyə veriləcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Yeni tədris ilinin əvvəlində təmir-tikinti işləri yekunlaşdırılmış47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir”, - deyə məlumatda bildirilir.
2020-ci ilin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir.*
X.Nəsirzadə