Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə tətbiq olunan karantin rejiminin yumşaldılmasına dair qərar qəbul edib.
Qərara əsasən, 2020-ci il sentyabrın 8-i saat 00:00-dan ictimai iaşə obyektlərinin daxilində saat 00:00-a qədər xidmət göstərilməsinə icazə verilir.
Bundan başqa, sentyabrın 8-i saat 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).*
Ə.Məmmədov