Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya işgüzar səfər çərçivəsində Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub», - məlumatda deyilir.
Həsənov Ermənistan-Azərbaycan münaqişəsi məsələsinə toxunaraq, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib. **
X.Nəsirzadə