Azərbaycan Ordusunun hərbi qulluqçuları cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilib.
“Cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır”, - nazirlikdən bildirilib. **
X.Nəsirzadə