Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakının Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.
Dövlət başçısının saytının məlumatına görə, prezidentə məktəbdə yaradılan şərait barədə məlumat verildi. Qeyd olundu ki, yeni korpus 840 şagird yerlikdir.
Məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır.**
X.Nəsirzadə