2020-ci ilin 30 iyun tarixinə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 405 milyon 253,4 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 448,091 milyon manat (aktivlərin 31,9%-i, azalma 2,5%), uzunmüddətli maliyyə aktivlərində 387,409 milyon manat (azalma 4,5%), debitor borclarında 175,187 milyon manat (artım 23,7%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2020-ci il iyulun əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 422,636 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,1% çoxdur.
1 iyul 2020-ci il tarixinə sektorun sığorta ehtiyatları 762,882 milyon manat (artım 3,5%), bölüşdürülməmiş mənfəəti 87,697 milyon manat (azalma 39,7%) təşkil edib.
2020-ci il iyulun 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 21-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 12-si isə broker şirkətidir.
2020-ci il iyulun 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1,643 min manat təşkil edib, bu isə 2019-cu ilin sonun olan göstəricidən 9,3% çoxdur.**
Ə.Məmmədov