2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 61,258 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 19,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Hesabat dövründə sığorta sektorunun gəlirləri 2019-cu ilin birinci yarısı ilə müqayisədə 20,8% - 455,157 milyon manatadək artıb.
Sığorta haqları 11,8% - 455,384 milyon manatadək artıb, baxmayaraq ki, xalis sığorta ehtiyatları isə 49,087 milyon manat azalıb.
İnvestisiya gəlirləri 30,625 milyon manat (artım 2,1%), sığorta haqlarında təkrar sığortaçıların payı 5,448 milyon manat (azalma 45,7%) təşkil edib.
Sığorta sektorunun xərcləri 27,4% - 383,238 milyon manatadək artıb. Sığorta ödənişləri 191,11 milyon manat (artım 56,5%), təkrar sığorta ödənişləri 82,936 milyon manat (artım 9,7%), işin aparılması xərcləri 89,155 milyon manat (artım 2,1%) təşkil edib.
Birinci yarımillikdə sığortaçılar 1,498 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.
2020-ci il iyulun 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-i sığorta, 1-i təkrar sığorta, 12-si broker şirkətidir.**
Ə.Məmmədov