Azərbaycanda iki yeni sığorta agentliyi qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Qarant Sığorta Agentliyi”nin qanuni təmsilçisi Xıdır Ağayev, “Sabah Sığorta Agentliyi”nin qanuni təmsilçisi isə Nicat Əzizlidir.
“Agentliklər iyulun 17-də dövlət qeydiyyatına alıb və hər birinin nizamnamə kapitalı 10 manatdır”, - deyə məlumatda bildirilir.
Bundan başqa, iyulun 22-də “Total Finans Kredit İttifaqı” dövlət qeydiyyatına alınıb. “Kredit İttifaqının nizamnamə kapitalı 4,004 min manatdır. Müşahidə Şurasının üzvləri Rəşad Muradov, Gültəkin Quliyeva və Aytən Qafarovadır”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov