Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 10-da Türkiyəyə səfər edəcək. Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bu, S.Qafarovanın Milli Məclisin sədri kimi ilk rəsmi səfəri olacaq.
“Səfər zamanı S.Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları müzakirə ediləcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Milli Məclis sədrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.*
X.Nəsirzadə