Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabirabad rayonunda DOST Mərkəzinin layihələndiricisini seçir.
Seçim təkliflər sorğusu metodu ilə aparılır.
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 15 sentyabr 2020-ci il saat 16:00-dək qəbul olunur.
İddiaçıların təklifləri 16 sentyabr saat 10:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85.
Telefon: (+99412) 596-44-09.
2025-ci ilin sonunadək respublikada 31 DOST mərkəzinin açılması planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
X.Nəsirzadə