Azərbaycan 2020-ci ilin I yarısında kartof ixracını 32% - 81 min 275,18 tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Kartof ixracının dəyəri $33 milyon 752,27 min (artım 26%) təşkil edib.
Hesabat dövründə ixracın əsas həcmi (85%) Rusiyanın payına düşüb. Yanvar-iyun aylarında bu ölkəyə $30 milyon 777,02 min dəyərində (artım 22,7%) 69 min 155,74 ton kartof (artım 23,9%) ixrac edilib.
Bundan başqa, hesabat dövründə Ukrayna Azərbaycandan $1 milyon 840,39 min dəyərində 7 min 370,4 ton kartof idxal edib. Miqdar ifadəsində artım 2,9 dəfə, dəyər ifadəsində artım 2,4 dəfə təşkil edib).
I yarımillikdə Azərbaycandan kartof idxal edən ölkələrin sırasına Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Türkmənistan da daxil olub.
Yanvar-iyun aylarında Azərbaycana $24 milyon 744,05 min dəyərində (artım 3,7%) 90 min 673,75 ton kartof (azalma 0,8%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya və İran olub. Rusiya 35 min 795,4 ton ($8 milyon 984,37 min), İran 36 min 55,18 ton ($8 milyon 754,28 min) kartof tədarük edib. RF-dən kartof idxalı miqdar ifadəsində 6,3%, dəyər ifadəsində 2,2% azalıb, İrandan isə miqdar və dəyər ifadəsində 0,4% artıb.
2019-cu ildə Azərbaycan $26 milyon 851,81 min dəyərində 61,785 min ton kartof ixrac edib.*
N.Abbasova