Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib. Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər", - deyə məlumatda qeyd olunur.
Bundan başqa, ikitərəfli münasibətlər, beynəlxalq arenada qarşılıqlı fəaliyyətlə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə