Azərbaycanda koronavirus infeksiyasına daha 139 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 37,557 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 552 nəfərə çatıb.
Virusa yoluxmuş 34,965 min nəfər (sutka ərzində +128) müalicə olunaraq sağalıb.
“2,40 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,798 min, hazırkı dövrədək isə 973,838 min test aparılıb.*
X.Nəsirzadə