Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq edib.
Dövlət başçısının bu gün imzaladığı sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevdir.
Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, ədliyyə naziri, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, “Xan Şuşinski” Fondunun rəhbəri, akademik Zərifə Əliyeva adına liseyin direktorudur.*
X.Nəsirzadə