Nazirlər Kabineti COVİD-19 səbəbindən karantin rejiminin yumşaldılması çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bərpası qrafikini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Təsdiq olunan qrafikə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.
Ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.
Baş nazir Əli Əsədov çərşənbə günü müvafiq qərar imzalayıb. Qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
Azərbaycanda 2020-ci il martın 3-dən koronavirus infeksiyası səbəbindən məktəbəqədər müəssisələr fəaliyyət göstərmir.
Azərbaycanda sentyabrın 30-dək karantin rejimi qüvvədədir. **
X.Nəsirzadə