Cari həftə Azərbaycanda müşahidə olunan xarici valyuta alışında artım Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertlərinin artması ilə şərtlənə bilər. Rusiyanın “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Çərşənbə axşamı AMB-nin hərracında valyuta satışı bir həftə öncə valyuta hərracının nəticələri ilə müqayisədə 16,5% artaraq martın əvvəlindən ən maksimum səviyyəyə çatıb Artıma baxmayaraq, dünənki hərracda satışlar mart ayında müşahidə olunan ($323,2 milyon) ilin əvvəlindən maksumum rəqəmdən 4,4 dəfə aşağı olaraq qalır. Bu həftə müçahidə olunan atışların artımı əhalinin devalvasiya gözləntiləri fonunda dövlət büdcəsinə transfertlərin qrafikinə əsasən ARDNF-nin valyuta satışı ilə şərtlənə bilər. 2020-ci ildə transfertlərin ümumi həcmi avqustun ortalarında 7,5% - 12,2 milyard manatadək artırılıb ($7,2 milyarda ekvivalent)”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Qazprombank”da vurğulanır ki, ARDNF-nin hesabatına əsasən, iyulun 1-nə büdcəyə transfertlərin həcmi təxminən 5,7 milyard manat ($3,4 milyarda ekvivalent) və ya transfertlər üzrə yeni proqnozun 46,7%-ni təşkil edib. Baxmayaraq ki, qalan 53% - 6,5 milyard manat və ya $3,8 milyard – 2020-ci ilin ikinci yarısında köçürüləcək.
“İyul-avqust aylarında satılan $993,5 milyonu nəzərə alaraq, sentyabr-dekabr aylarında ARDNF-dən büdcəyə transfertlərin orta aylıq həcmi təxminən $700 təşkil edə bilər. Bu həcm iyul-avqust aylarının orta səviyyəsindən 40% çoxdur. Beləliklə, cari həftə ARDNF tərəfindən valyuta sayışında müşahidə olunan artım ilin sonunadək Azərbaycan büdcəsinə aylıq transfertlərin gözlənilən həcmlərinə uyğundur”, - “Qazprombank”ın analitikləri qeyd edirlər.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb. Lakin iyulda hərraclarda valyutaya tələb bir qədər artıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $5 milyard 3,7 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 25% - İF), mart ayında $1 milyard 928,3 milyon, aprel ayında $531,1 milyon, may ayında $334 milyon, iyun ayında $373,2 milyon, iyul ayında $515,5 milyon, avqust ayında $478 milyon məbləğində xarici valyuta satılıb. **
Ə.Məmmədov