Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi liftlərin təmiri işlərinin həyata keçirilməsinə «GöyGöl Təmir-Tikinti Təchizat T.R» MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarının liftlərində cari təmir işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 316,319 min manatdır.*
X.Nəsirzadə