Azərbaycan və RF-nin Yaroslavl vilayəti arasında ticarət münasibətlərinin genişləndirilməsi məsələləri müzakirə olunur, Bakı və Yaroslavl birbaşa uçuşlar təşkil edə bilər. Bu barədə Yaroslavl vilayətinin hökuməti məlumat verir.
Sentyabrın 10-da “Yaroslavl vilayəti və Azərbaycan Respublikasının ticarət-iqtisadi əməkdaşlığı” adlı onlayn biznes missiya keçirilib. Missiyada 20-dən artıq şirkət iştirak edib. Dəyirmi masa və B2B danışıqlarda sahibkarlar sənaye və qida istehsalı, turizm, kənd təsərrüfatı sahələrində uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlığın təşkili imkanlarını müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov vurğulayıb ki, region respublikanın aparıcı xarici ticarət tərəfdaşlarının siyahısına daxil olmaq üçün potensiala malikdir.
“2020-ci ilin birinci yarısında Yaroslavl vilayətinin Azərbaycana ixracı 9%, həmçinin qeyri-xammal qeyri-enerji ixracı 12% artıb. Avtomobil ehtiyyat hissələri, kabel məhsulları və hidravlika avadanlığı – Azərbaycanın ixrac üzrə tərəfdaşları olan RF-nin subyektlərinin TOP-15-nə əminliklə daxil olmaq üçün ilk növbədə nəzərdən keçirilməli olan mövqelərdir”, - Mirsayapov deyib.
Bundan əlavə, Azərbaycan tərəfi ikitərəfli turizmin inkişafında, birgə turizm məhsullarının yaradılmasında maraqlıdır. Yaroslavl və Bakı arasında birbaşa uçuşların təşkili imkanı nəzərdən keçirilir.
Öz növbəsində, Yaroslavl regionunun hökumətinin sədr müavini Maksim Avdeyevqeyd edib ki, vilayət maşınqayırma, mühərrikqayırma, kimya, neft-kimya, əczaçılıq sənayesində yüksək kompetensiya təklif etməyə hazırdır. “ASK məhsullarının istehsalı, qida sənayesi və turizm sahələrində qarşılıqlı əlaqələr də əməkdaşlıq üçün perspektivli istiqamətlərin sırasına daxildir”, - Avdeyev əlavə edib. **
X.Nəsirzadə