22-23 sentyabr tarixlərində Bakıda ilk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Forum koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib.
Forumda Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniyadan iş adamları iştirak edəcəklər. **
X.Nəsirzadə