Dövlət Gömrük Komitəsi yeni inzibati binanın tikintisi ilə əlaqədar bünövrə işlərinin görülməsinə 1,3 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, DGK qeyd olunan işlərin yerinə yetirilməsi məqsədilə podratçı qismində “Progress” Sənaye İstehsalat Şirkətini cəlb edib.
Şirkətlə 1 milyon 331,832.61 manat məbləğində müqavilə imzalanıb. **
N.Abbasova