Azərbaycan prezidenti İlham Əliyev cümə günü Şamaxı rayonunda avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılacaq.
Avtomobil yolu üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
X.Nəsirzadə