Sentyabrın 11-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşlarını ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.
“Pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək. Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir”, - məlumatda qeyd olunur.
Moskva-Bakı reysinə növbəyə yazılmaq “WhatsApp” messenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə müraciət etmək olar: https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120
“WhatsApp”: +7 916 901 23 80
Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.
Aviaşirkət onlayn forma və “WhatsApp” vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb ola bilər. Qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur.
Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.
Reysə koronavirus tesini keçən sərnişinlər buraxılacaqlar. Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. **
N.Abbasova