Azərbaycan Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Turizm Assosiasiyasından (AZTA) məlumat verilir.
AZTA vurğulayır ki, Türkiyənin aparıcı turizm qurumları bu təşəbbüsü dəstəkləyir.
“Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsidir”, - məlumatda qeyd olunur.
Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.
Türk Şurası 2009-cu ildə yaradılıb. Hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə TDƏŞ-in üzvləri, Macarıstan - müşahidəçidir. **
X.Nəsirzadə