“Xaliq Faiqoğlu” şirkəti 2 il ərzundə 120 ədəd CNG yanacaq növlü iritutumlu avtobus almağı planlaşdırır. Bunu şirkətin baş direktoru Faiq Seyidov deyib.
Bizim qarşımızda duran əsas hədəf yeni zamanın tələblərinə uyğun olaraq fəaliyyətimizi təşkil etməkdir. Bu baxımdan avtobus parkının yenilənməsi - ekoloji-təmiz, texnoloji cəhətdən təhlükəsiz, sərnişinlərin rahatlığını təmin edən nəqliyyat vasitələrinin istismara verilməsi çox vacibdir. Bu istiqamətdəki layihələrimizi bundan sonra da davam etdirəcəyik və qarşıdakı 2 il ərzində avtobus parkımızın böyük hissəsinin yenilənməsi məqsədilə “PAŞA Bank”la həyata keçirdiyimiz layihə çərçivəsində 120 ədəd CNG yanacaq növlü iritutumlu avtobusun alınaraq sərnişinlərimizin istifadəsinə verməyi planlaşdırırıq”, - Seyidov “AZƏRTAC” dövlət agentliyinə müsahibəsində bildirib.
O vurğulaylb ki, şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 5 il ərzində 70 milyon manatdan çox investisiya yatırıb. Həmçinin,“Avro-5” və “Avro-6” standartlarına cavab verən 117 ədəd avtobus alınıb.
“Xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib (2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankından $6 milyon məbləğində kredit cəlb olunub - İF)”, - Seyidov əlavə edib.
Onun sözlərinə görə, 2016-cı ilin sentyabrın 1-dən şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb. Şirkət bu cür avtobusların sayını 300-dək artırmağı planlaşdırır. **
X.Nəsirzadə