2020-ci ilin yanvar-avqust aylarında Gürcüstana 1 milyon 544,1 min əcnəbi səfər edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,1 dəfə azdır. Bu barədə cümə günü Gürcüstanın Milli Turizm Administrasiyası məlumat verib.
Cari ilin 8 ayı ərzində Gürcüstana səfər edən vətəndaşların sayına görə 279,4 min nəfər ilə Azərbaycan birinci yerdədir (azalma 3,7 dəfə), 260,6 min nəfər ilə Türkiyə ikinci (azalma 3,1 dəfə), 223,9 min nəfər ilə Ermənistan üçüncü yerdə qərarlaşıb (azalma 3,9 dəfə). **