Azərbaycanda koronavirus infeksiyasına daha 135 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 38,172 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 559 nəfərə çatıb.
Virusa yoluxmuş 35,607 min nəfər (sutka ərzində +167) müalicə olunaraq sağalıb.
“2,6 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,351 min, hazırkı dövrədək isə 1 milyon 2 min 727 test aparılıb.*
Ə.Məmmədov