Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün bildirib ki, “Oruc Reis” tədqiqat gəmisinin ölkənin cənub sahillərinə qayıtması Ankaranın Şərqi Aralıq dənizindəki hüquqlarından imtina etməsi anlamına gəlmir.
O, Anadolu agentliyinə bildirib ki, gəminin qayıtması onun planlaşdırılmış əməliyyatlarının bir hissəsi olub.
“Oruc Reis” gəmisi bu gün Antalya limanına qayıdıb. Yunanıstan bunu iki ölkə arasında gərginliyin azaldılmasında ilk müsbət addım adlandırıb.
Türkiyə son zamanlar Aralıq dənizinin şərq hissəsində karbohidrogen yataqlarının fəal şəkildə axtarışını həyata keçirir ki, bu da Ankaranın Yunanıstan, Kipr və digər Avropa ölkələri ilə münasibətlərində gərginlik yaradıb.*