Azərbaycanda koronavirus infeksiyasına daha 155 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 38,327 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 562 nəfərə çatıb.
Virusa yoluxmuş 35,756 min nəfər (sutka ərzində +149) müalicə olunaraq sağalıb.
“2,9 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,751 min, hazırkı dövrədək isə 1 milyon 9 min 478 test aparılıb.*
Ə.Məmmədov