2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalaraq 17 milyard 502,7 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 156,2 milyon kVt·st olub.
Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 16 milyard 415,5 milyon kVt·st (artım 1,4%), SES-lərdə 846,6 milyon kVt·st (azalma 29,7%), digər mənbələr üzrə isə 240,6 milyon kVt·st (azalma 1,8%) olub. Külək Elektrik Stansiyalarında 70,5 milyon kVt·st, Günəş Elektrik Stansiyalarında 33,1 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15 milyard 649,8 milyon kV·ts (Azərbaycanda elektrik enerjisi istehsalının 89,4%-i) təşkil edib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı Müstəqil Elektrik Stansiyaları üzrə 1 milyard 566,4 milyon kVt·st təşkil edib. Qalan həcm Naxçıvan MR də daxil olmaqla, digər enerji obyektlərinin payına düşüb.
Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 milyon kVt·st (azalma 11,8%), idxalı isə 94,7 milyon kVt·st (azalma 6,7%) təşkil edib.*
N.Abbasova