2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,5% azalıb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5349,7 milyon manatı və ya 61,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Yanvar-avqust aylarında istifadə olunmuş vəsaitin 5829,5 milyon manatı və ya 67,1%-i məhsul istehsalı sahələrinə, 2030,6 milyon manatı (23,4%-i) xidmət sahələrinə, 822,3 milyon manatı (9,5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 326,4 milyon manatını (38,3%) xarici, 5 milyard 356 milyon manatını və ya 61,7%-ni isə daxili vəsaitlər təşkil edib.
2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,3% azalıb.*
Ə.Məmmədov