2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 763 min 282,43 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-avqust aylarında Azərbaycandan $211 milyon 294,56 min dəyərində bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,14%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə bəyan edilmiş neft məhsullarının ixracı miqdar ifadəsində 11,3% artıb, dəyər ifadəsində 37,1% azalıb.
2019-cu ildə Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova