Azərbaycanda koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 38,403 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 564 nəfərə çatıb.
Virusa yoluxmuş 35,860 min nəfər (sutka ərzində +104) müalicə olunaraq sağalıb.
“1,979 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,63 min, hazırkı dövrədək isə 1 milyon 13 min 108 test aparılıb.*
X.Nəsirzadə