Asiya İnkişaf Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatında 4,3% azalma proqnozlaşdırır. Bu barədə çərşənbə axşamı dərc olunan yenilənmiş Asian Development Outlook 2020 icmalında qeyd olunur.
2020-ci ilin iyun ayında AİB Azərbaycanda ÜDM-in artımını 0,1% səviyyəsində proqnozlaşdırıb.
2021-ci ildə AİB Azərbaycanda ÜDM-in artımını 1,2% səviyyəsində proqnozlaşdırır.
“Ümumi tələbatın kəskin azalacağını gözləyirik,çünki COVİD-19 səbəbindən məhdudiyyətlər və gəlirlərin azalması 2020-ci il ərzində qalacaq. Gözlənildiyi kimi, yaxın aylarda pandemiya və neft hasilatının azalacağını nəzərə alaraq, biz iyun ayından fərqli olaraq, 2020-ci ildə ÜDM-in daha da azalmasını və 2021-ci ildə tələbat və neftin qiymətinin artması ilə tədricən bərpasını proqnozlaşdırırıq”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə icmalda qeyd olunur.
2020-ci ildə AİB Azərbaycanda inflyasiyanı 3,8%, 2021-ci ildə - 3,2% səviyyəsində proqnozlaşdırır. Bankın mütəxəssislərinin rəyinə görə, Azərbaycanda ərzaq qiymətləri təklifin məhdud olması şəraitində artır.
AİB-nin proqnozlarına əsasən, 2020-ci ilin yekunları üzrə Azərbaycanda tədiyə balansının kəsiri ÜDM-in 5,1%-ni təşkil edəcək. ÜDM-in 4,5% həcmində profisiti proqnozlaşdırılır.
“2020-ci ilin birinci rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6%-dək azalıb, virinci yarımillikdə mənfi olacağı gözlənilir. 2020-ci ilin birinci yarısında tələbin zəif olması idxalı 35% azaltdığından, neftin qiymətinin daha aşağı olması və istehsal ixrac daxilolmalarını 23% azaldıb, turizmin azalması isə xidmətlərin defisitini iki dəfə artırıb. Rusiya və Türkiyədə artım templərinin azalması pul köçürmələri və gəlirlərin azalmasına gətirib. OPEC+ sazişinin gözlənildiyi kimi, bu il ixracın gələcəkdə azalmasına səbəb olacağını nəzərə alaraq, 2016-ci ildən etibarən ilk dəfə cari əməliyyatlar hesabının kəsirini proqnozlaşdırırıq. 2021-ci ildə neftin qiymətinin və xarici tələbatın bərpası ilə müsbət saldı proqnozlaşdırırıq”, - icmalda qeyd olunur.
Xəbər verildiyi kimi, dünya bazarlarında neftin qiymətindən asılı olaraq, 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in azalması 2,9-4,3% səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2020-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2019-cu ildə 2,6%-ə qarşı 3,1% təşkil edəcək. **
Ə.Məmmədov