Bazar ertəsi Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur”, - nazirlikdən qeyd olunur.
Bildirilir ki, bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır. **
X.Nəsirzadə