Moskva bir ay ərzində MDB ölkələri ilə hava əlaqəsini bərpa edə bilər. Bu barədə çərşənbə axşamı “İnterfaks”a məlumatlı mənbə bildirib.
“İlk növbədə, oktyabr ayında MDB ölkələrinin paytaxtları ilə hava əlaqəsinin bərpası mexanizmləri müzakirə olunur. Söhbət Bakı, Nur-Sultan, Daşkənd, İrəvan və s. şəhərlərdən gedir”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, öncə Minsk ilə hava əlaqəsi bərpa oluna bilər. **