“Bogazichi Ventures” Vençur Fondu Azərbaycanda startapların maliyyələşdirilməsinə birinci mərhələdə $5 milyon yönəltməyi planlaşdırır. Bunu Fondun nümayəndəsi Turan Alməmmədov deyib.
“Bu məbləğ bizim ölkədə işimizin birinci mərhələsini əks etdirir. Gələcəkdə, məqsədlər və planlarımıza nail olduqca, bu məbləği artıra bilərik”, - Alməmmədov çərşənbə axşamı Bogazichi Ventures-in nümayəndəliyinin açılışında “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında qeyd edib.
Onun sözlərinə görə, Fond öz vəsaitlərini bir neçə sahədə layihələrin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.
“Biotexnologiyalar, maliyyə texnologiyaları və blokçeyn texnologiyaları sahələrində startapların maliyyələşdirilməsi əsas istiqamətlər olacaq”, - Alməmmədov əlavə edib.
“Bogazichi Ventures” Azərbaycanda xarici vençur fondlarının ilk nümayəndəliyi olub. Azərbaycan İnnovasiyalar Agentliyinin sədri Tural Kərimlinin qeyd etdiyi kimi, öncə agenlik çox sayda vençur fonları ilə danışıqlar aparıb. “Əsas problem ondan ibarət olub ki, həmin Fondlar bizim startaplarımızın onların ölkələrinin ərazisində qeydiyyatdan keçməyini istəyirdilər, bu da bizi qane etmirdi”, - Kərimli əlavə edib. **
Ə.Məmmədov