2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM-nin azalması 3% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ilin 7 ayının yekunları üzrə ÜDM-in azalması 2,8% təşkil edib.
Yanvar-avqust aylarında ÜDM-nin nominal həcmi 45 milyard 962,5 milyon manat təşkil edib.
Hesabat dövründə qeyri-neft sektoru üzrə azalma 1,7%, neft-qaz sektoru üzrə - 4,9% təşkil edib.
Dövlət Statistika Komitəsində ÜDM-nin azalmasını koronavirus (COVİD-19) pandemiyası səbəbindən ölkədə tətbiq olunan məhdudiyyətlərlə izah ediblər.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-in 35,2%-i sənaye, 11,2%-i – ticarət, 7,2%-i – ASK, 7,6%-i – nəqliyyat, qalanı – digər sektorlarda istehsal olunub.
8 ay ərzində ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 4611,7 manat təşkil edib.
Azərbaycanda COVİD-19-a görə sentyabrın 30-dək xüsusi karantin rejimi qüvvədədir.
Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq, 2020-ci ilin yekunları üzrə ÜDM-nin azalmasını 2,9%-4,3% səviyyəsində proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
A.Əzizov