Çərşənbə axşamı Azərbaycan və Türkiyənin təyyarəçiləri Gəncə şəhəri üzərində birgə uçuşlar keçirəcəklər. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
“Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək”, - nazirlikdən qeyd olunur.
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.**
X.Nəsirzadə