Çərşənbə axşamı Azərbaycan və Türkiyə prezidentlə İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
Telefon danışığı Azərbaycan liderinin təşəbbüsü ilə baş tutub. Bu barədə Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
Əliyev türkiləyi həmkarına Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, bu prosesdə türk hərbçilərinin rolunu qeyd edib.
Dövlət başçıları Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.
“Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə