21-23 sentyabr tarixlərində Milli Məclisin spikeri Sahibə Qafarova Moskva şəhərinə rəsmi səfər edəcək. Bu barədə “Moskva-Baku” portralı məlumat verir.
“Səfər çərçivəsində Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşəcək. Sentyabrın 23-də Sahibə Qafarova Federasiya Şurasının plenar iclasında çıxış edəcək”, - portala Federasiya Şurasından məlumat verilib.
O cümlədən, Qafarova RF Dövlət Dumasının sədriVyaçeslav Volodin ilə görüş keçirəcək. **
X.Nəsirzadə